“ABŞ Prezidentinə qarşı mübarizə aparmaq üçün onlara Rusiyanın şeytanlaşdırılması lazım idi”.
News365.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Əgər biz sivilizasiyaların dəyərlərindən danışırıqsa, bu baxımdan biz çox yaxınıq. Tramp Amerika kimliyini qoruyan, ənənəvi dəyərləri müdafiə edən, lakin eyni zamanda irəliləyişi rədd etməyən güclü qrupun bir hissəsidir. Bu mənada bizim ortaq təmas nöqtələrimiz var”, – deyə Zaxarova vurğulayıb.
Xatırladaq ki, ABŞ-də Donald Trampın hakimiyyətə gəlməsindən sonra Ukrayna müharibəsi fonunda Vaşinqton və Moskva arasındakı soyuq münasibətlərdə istilik müşahidə edilir.