Ölkədən qaçan şəxs Çində saxlanılıb

Ölkədən qaçan şəxs Çində saxlanılıb
11:45

Noyabrın 24-də paytaxtın Xətai rayonunda həyat yoldaşına kəsici alətlə ağır xəsarət yetirən və ölkədən qaçan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən News365.az-a verilən məlumata görə, 1969-cu il təvəllüdlü Rüstəm İbrahimov hadisəni törətdikdən sonra Azərbaycan ərazisini Türkiyə istiqamətində tərk edərək Çinə gedib.

Azərbaycan və Çin hüquq-mühafizə orqanlarının birgə keçirdiyi əməliyyat nəticəsində R. İbrahimov Çinin Xianyang şəhərində saxlanılıb. Hazırda onun Azərbaycana gətirilməsi üçün müvafiq tədbirlər görülür.


Sizin reklam burada
Sizin reklam burada