Minik maşını hasara çırpıldı - Sürücü öldü

Minik maşını hasara çırpıldı - Sürücü öldü
13:07

Masallıda baş verən qəzada sürücü ölüb, sərnişin xəsarət alıb.

News365.az xəbər verir ki, hadisə ötən gün gecə saatlarında Masallı rayonunun Mahmudavar kəndlərində baş verib.

Masallı rayon sakini 2005-ci il təvəllüdlü Orxan Zamanov idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib.

Avtomobil yolun kənarındakı daş hasara çırpılıb. Qəza nəticəsində sürücü O. Zamanov hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada