Oğuzda 2 avtomobil toqquşdu - Xəsarət alanlar var

Oğuzda 2 avtomobil toqquşdu - Xəsarət alanlar var
16:11

Oğuzda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Kərimli kəndindən keçən hissəsində qeydə alınıb.
 

Belə ki, hərəkətdə olan “Mercedes Vito” markalı yük avtomobil ilə KIA markalı minik avtomobili toqquşub. Qəza nəticəsində avtomobillərdə olan bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 


Yaralılar dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. 


Sizin reklam burada
Sizin reklam burada