Odessanı yeni unikal kamikadze dronla vurdular - VİDEO

Odessanı yeni unikal kamikadze dronla vurdular - VİDEO
10:52

Rusiya qoşunları Odessadakı mühüm obyektə hücum etmək üçün unikal kamikadze olan “Geran-3” dronlarından istifadə ediblər. Bu barədə “Voennıy osvedomitel” (VO) Telegram kanalı məlumat yayıb.


"Odessadakı hədəflərə doğru maraqlı maraqlı "səslər uçub". Bəziləri bunun yeni "Geran-3"ların ola biləcəyini fərziyə edir", - nəşr yazıb.

URA.RU-nun yaydığı məlumata görə, Rusiya Silahlı Qüvvələri "Geran"dan Ukrayna Silahlı Qüvvələrini elektron sistemlərlə təchiz edən “Ştorm" Tədqiqat İnstitutu dövlət müəssisəsinin istehsalat obyektlərinə zərbələr endirmək üçün istifadə edib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada