Türkiyədə “Kanal D”nin böyük maraqla izlənilən serialı “Uzak Şehir”də daha bir ayrılıq yaşanacaq.
News365.az xəbər verir ki, bu barədə şou yazarı Birsen Altuntaş məlumat yayıb.
O bildirib ki, bu dəfə Özkan obrazına həyat verən Yunus Eski serialla vidalaşır.
Qeyd edək ki, “Uzak Şehir” iyunun 2-də yayımlanacaq 28-ci bölümü ilə mövsümə fasilə verəcək.
Xatırladaq ki, bundan əvvəl də serialda Alyanın (Sinem Ünsal) anası Fikriye obrazını canlandıran Nursel Kösen layihədən ayrılmışdı.