Musiqi sahəsindəki nailiyyətlərə görə təqdim edilən dünyanın nüfuzlu "Qremmi" mükafatının laureatları bəlli olub.
News365.az Peopletalk.ru saytına istinadən xəbər verir ki, Los-Ancelesdə baş tutan mərasimdə ilin qaliblərinin adları açıqlanıb.
Ən yaxşı remiks yazısı: Lady Gaga və Gesaffelstein - Abracadabra Remix;
Ən yaxşı musiqi videosu: Doechii - Anxiety;
İlin prodüseri: Cirkut;
Ən yaxşı rəqs/elektron albom: FKA Twigs - Eusexua;
Ən yaxşı proqressiv R&B albomu: Duran Bernard - Bloom;
Ən yaxşı kantri duo/qrup performansı: Shaboozey və Jelly Roll - Amen;
Ən yaxşı Afrika musiqisi performansı: Tyla - Push 2 Start;
Ən yaxşı ənənəvi pop albomu: Laufey - A Matter Of Time;
Rəqəmsal media üçün yazılmış ən yaxşı mahnı: Audrey Noona, Rey Ami və Ejae - "Golden" ("K-Pop Demon Hunters");
Ən yaxşı rep albomu: Kendrick Lamar - GNX;
Ən yaxşı rok albomu: Turnstile;
Ən yaxşı yeni sənətçi: Olivia Dean;
Ən yaxşı urban albomu: Bad Bunny - Debi Tirar Mas Fotos;
Ən yaxşı müasir kantri albomu: Jelly Roll - Beautifully Broken;
Ən yaxşı pop albomu: Lady Gaga - Mayhem;
İlin mahnısı: Wildflower (Billie Eilish);
İlin yazısı: Kendrick Lamar və SZA - Luther;
Ən yaxşı pop solo performansı: Lola Young - Messy;
Qlobal təsir: Pharrell Williams;
İlin albomu: Bad Bunny - Debi Tirar Mas Fotos.
Mükafat 1958-ci ildə təsis edilib, qaliblərə qızılı qrammofon heykəlciyi verilir. "Qremmi" nüfuzuna görə "böyük dördlük" ("Oskar", "Emmi", "Toni") sırasına daxildir və 80-dən çox kateqoriyada janrlar (pop, rok, caz və s.) üzrə təqdim olunur.