Netanyahu İranla razılaşma üçün 4 şərti elan etdi

Netanyahu İranla razılaşma üçün 4 şərti elan etdi
10:51

İranla istənilən potensial razılaşma təkcə İsrailin deyil, həm də ABŞ-ın və bütün dünyanın təhlükəsizliyini təmin edən ciddi tələblərə cavab verməlidir.

News365.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“Razılığa gəlmək istəyiriksə, bu, təkcə İsrailin təhlükəsizliyi üçün deyil, həm də ABŞ-ın, regionun və dünyanın təhlükəsizliyi üçün vacib hesab etdiyimiz bir sıra əsas elementi əhatə etməlidir”, - o bildirib.

İsrail Baş nazirinin ilk şərti İrandan bütün zənginləşdirilmiş uranın çıxarılmasıdır:

“İkincisi, zənginləşdirmə avadanlığı və infrastrukturunun tamamilə sökülməsidir. Üçüncüsü, raket proqramı ilə bağlıdır: Tehran Raket Texnologiyalarına Nəzarət Rejiminin 300 kilometrlik limitinə riayət etməlidir. Dördüncü məqam - terror oxunun məhv edilməsidir”.


Sizin reklam burada
Sizin reklam burada