“Neftçi” “Qarabağ”la oyuna ciddi itki ilə ÇIXACAQ

“Neftçi” “Qarabağ”la oyuna ciddi itki ilə ÇIXACAQ
15 Fev 2025 15:21

“Neftçi” klubu “Qarabağ”la oyun öncəsi ciddi itki ilə üzləşib.

Komandanın aparıcı oyunçusu Elvin Camalov zədələnib.

“Zirə” ilə oyunda zədələnən komandanın yeni transferi Azərbaycan derbisini buraxmalı olacaq.

Paytaxt klubunun digər zədəli oyunçusu Andrey Ştoqrin də Ağdam klubu ilə oyunu buraxmalı olacaq. Zədələrini sağaldan Rafael Quzzu və Edvin Kuç isə artıq komanda ilə məşqlərə başlayıblar.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” matçı fevralın 16-sı keçiriləcək. “Neftçi Arena”dakı oyun saat 19-da başlayacaq.


Sizin reklam burada
Sizin reklam burada