Nazirlikdən əhaliyə MÜRACİƏT

Nazirlikdən əhaliyə MÜRACİƏT
29 May 2025 17:28

Fövqəladə Hallar Nazirliyi (FHN) qar uçqunu təhlükəsi ilə əlaqədar xəbərdarlıq edib.   

News365.az xəbər verir ki, müraciətdə deyilir: 

“Temperaturun yüksəlməsi fonunda iyun ayının 3-nə kimi yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı mövcuddur. 

Bununla əlaqədar nazirlik vətəndaşları göstərilən müddətdə yüksək dağlıq ərazilərə səfərlərdən çəkinməyə, belə bir zərurət yarandıqda isə müvafiq təhlükəsizlik qaydalarına əməl etməyə, o cümlədən qar uçqunu ehtimalı olan yerlərdən, habelə dik yamaclardan kənar gəzməyə çağırır. 

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!  Təhlükə zamanı 112-yə zəng edin!”


Sizin reklam burada
Sizin reklam burada