Nazirlikdən açıqlama: İctimai nəqliyyatda gedişhaqqı dəyişməyib

Nazirlikdən açıqlama: İctimai nəqliyyatda gedişhaqqı dəyişməyib
12:25

Son günlər mətbuatda və sosial şəbəkələrdə metro və avtobuslarda gedişhaqqının 1 manata qaldırılacağı ilə bağlı iddialar yayılıb.

Məsələ ilə bağlı News365.az-ın sorğusuna cavab verən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, hazırda ictimai nəqliyyatda gedişhaqqı 50 qəpik olaraq qalır və qiymət artımı ilə bağlı heç bir qərar qəbul edilməyib.

Qurum vətəndaşlara rəsmi təsdiqi olmayan məlumatlara inanmamağı tövsiyə edib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada