Litvanın müdafiə naziri Dovile Şakaliene diqqət çəkən açıqlamalar verib. Sputnik.Litvanın yaydığı məlumata görə, o, bildirib ki, bəzi litvalılar ölkəyə Rusiyadan gələn təhlükələri görmürlər və müdafiə xərclərini dəstəkləmirlər.
“Bəzi vətəndaşlarımız başa düşmürlər ki, bu vəsaitlərə bizim indi həqiqətən ehtiyacımız var. B, müdafiə üçündür və vəsaitlər onların gəlirlərinə birbaşa təsir edir. Xüsusən də söhbət müəyyən sosial müavinətlərdən gedirsə, yəqin ki, proses cəmiyyətdə bu cür qeyri-vətənpərvər əhval-ruhiyyəni gücləndirə bilər”, - o vurğulayıb.
Nazir qeyd edib ki, bəzi vətəndaşlar müdafiə xərclərinin artırılmasının tərəfdarı deyillər.
Tural