Nazilə Səfərli mədə əməlliyatı etdirən müğənnilərə söz atdı: "bir il sonra..."

Nazilə Səfərli mədə əməlliyatı etdirən müğənnilərə söz atdı: "bir il sonra..."
13:27

"Mədə əməliyyatları həyat üçün risklidir".

News365.az xəbər verir ki, Şairə Nazilə Səfərli bildirib ki, son vaxtlar tanınmış şəxslər arasında bədəni sürətlə formaya salmaq üçün mədə qatlama əməliyyatına müraciət edənlərin sayı artıb.

O qeyd edib ki, əməliyyatı etdirməzdən əvvəl yaxşı düşünmək lazımdır:

"Mən bir neçə məşhurla qarşılaşdım — hamısı qəşəng arıqlamışdılar. Məlum oldu ki, onların çoxu mədə qatlama əməliyyatı etdirib. Mən də həvəsləndim, getdim həkimə dedim ki, mənə də bu əməliyyatı edin. Həkim isə mənə dedi ki, sən məşhursan, mən sənin əməliyyatından reklam və gəlir əldə edə bilərəm, amma səni əməliyyat etməyəcəyəm. Niyəsini soruşduqda bildirdi ki, sən 10–12 kilo artıq çəki ilə bıçaq altına girməməlisən. Həmin əməliyyatı etdirənlər bir ildən sonra pis vəziyyətə düşə bilərlər — onlar öz ölümü üçün imza atırlar» — deyə şairə bildirib.

Nazilə Səfərli vurğulayıb ki, estetik müdaxilələrə qərar verərkən yalnız görünüşə yox, sağlamlığa da diqqət yetirilməlidir və hər kəsə fərdi tibbi məsləhət tələb olunur. O, insanları həkim seçimi və əməliyyatın riskləri barədə daha diqqətli olmağa çağırıb.


Sizin reklam burada
Sizin reklam burada