NATO Ukraynaya 17 milyard dollar dəyərində silah tədarükü gözləyir

NATO Ukraynaya 17 milyard dollar dəyərində silah tədarükü gözləyir
19:40

NATO Baş katibi Mark Rutte ABŞ-dan Ukrayna Silahlı Qüvvələrinə ən azı 17 milyard dollar dəyərində silah tədarükü gözlədiyini bildirib.

News365.az xəbər verir ki, bu barədə NATO Baş Katibi keçirdiyi mətbuat konfransında bildirib.

Ruttenin sözlərinə görə, dekabırn 3-də Brüsseldə NATO-Ukrayna Şurasının Xarici İşlər Nazirləri səviyyəsində iclası keçiriləcək və bu tədbirdə Avropa İttifaqının baş diplomatı Kaya Kallas və Ukraynanın xarici işlər naziri Andriy Sibiqa iştirak edəcək.

Baş katib vurğulayıb ki, NATO Rusiyanın Ukraynaya qarşı getdikcə daha qəddar hücumlarını gözardı edə bilməz.

“Rusiya sistematik şəkildə mülki infrastruktur hədəf alır, ukraynalıları qışın əvvəllərində istilik və işıqdan məhrum edir. Rusiya bu müharibədə tək deyil, Çin onun əsas dəstəkçisi olaraq qalır, İran və Şimali Koreya da dəstək göstərir. Rusiyanın tammiqyaslı işğalının ilk günlərindən etibarən NATO müttəfiqləri Ukraynaya sarsılmaz dəstək nümayiş etdirib”, – Alyansın Baş katibi qeyd edib.

O əlavə edib ki, Alyans Ukraynaya dəstəyi artırmalıdır və Avropaya bunu üzərinə götürməyə icazə verməyin vaxtı çatıb.


Sizin reklam burada
Sizin reklam burada