NATO Kiyevə öz qapısını bağlayır -“Foreign Affairs”

NATO Kiyevə öz qapısını bağlayır -“Foreign Affairs”
10:50

NATO hərbi alyansına üzv ölkələr Rusiya ilə birbaşa toqquşma qorxusuna görə Ukraynaya “qapını bağlayacaqlar”. Bu barədə “Foreign Affairs” jurnalı məlumat yayıb.


Ukraynanın NATO-ya qəbulu ilə bağlı əvvəlki vədlərə baxmayaraq, ölkənin birliyə dəvət olunması ilə bağlı alyans daxilində konsensus əldə olunmayıb və bunun yaxın gələcəkdə reallaşma ehtimalı da azdır. "Eyni zamanda, Şimali Atlantika Alyansına üzv ölkələr Ukraynanın müdafiəsini Rusiya ilə müharibəyə başlamaq üçün ciddi əsas hesab etmədiklərini açıqlayıblar", -məqalədə deyilir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada