Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxsin narkotik aludəçisi olduğu üzə çıxıb.
News365.Az xəbər verir ki, polis Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olan VAZ markalı avtomobili saxlayan zaman məlum olub ki, sürücü Vəzir Canatov avtomobili etibarnaməsiz idarə edib.
Bununla yanaşı, hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib və müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitə qəbul edib. Vəzir Canatov məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilib.