Nadir şahın reallaşmayan arzusu

Nadir şahın reallaşmayan arzusu
09:23
"Əgər mən Çingiz xan və Əmir Teymurla bir dövrdə yaşasaydım, Çingiz xan səltənət başçısı, Əmir Teymur vəzarət başçısı və mən qoşun başçısı olardım, bütün dünyanı biz üçümüz fəth edərdik".
NADİR ŞAH
Cənubi-Mərkəzi Asiyada Əfqanıstan ilə Pakistan arasında beynəlxalq 2670 kilometrlik (1,660 mil) sərhədi Dürand xətti adlandırılar. Bu Britaniyalı diplomat və Hindistan Müstəmləkə İdarəsinin katibi olan Ser Mortimer Dürandın adı ilə bağlıdır. Bu şəxs Şərqdə həm diplomatik xidmətlə məşğul idi, eyni zamanda qədim əlyazma, sənədlər, xəritələr və əşyalar kolleksiya edirdi. Bunun nəticəsində onun 1908-ci ildə tarixi roman üslubunda “Nadir Sah” romanı dərc edilir.
Həmin məhşur kitabı oxumaq üçün LİNKƏ keçid edin:
Kitabın giriş hissəsində müəllif qeyd edir ki o, hadisələrə daha çox canlılıq və rəng qatmaq məqsədilə bu əsəri tarixi roman formasında yazmağı üstün tutmuşdur.
Müəllif yazır:
“Nadir Şah Asiyanın sonuncu böyük fatihi idi, onun sərhədləri Qafqaz dağlarından Hindistanın tam mərkəzinə — Deliyə qədər uzanırdı. Onun Osmanlı imperiyası ilə birləşmək, Böyük Moğol imperiyasının əzəmətini bərpa etmək baxışı var idi. O, avropalılarla rəqabət apara biləcək qüdrətli bir donanma yaratmaq və avropalıların Asiyanı müstəmləkəyə çevirməsinin qarşısını almaqla yanaşı, Şərqi Asiyadakı müstəmləkə torpaqlarını da ələ keçirmək istəyirdi”
Müəllif yazır:
“O, heç bir zaman məğlub olmayıb. Rusiya onun torpaqlarına ordu ilə gələndə Nadir şah qısa məktub onlara yazır ki, “özünüz çıxırsınız, yoxsa mən gəlim” və bundan sonra ruslar dərhal onun ərazisindən çıxıb gedirlər”
Müəllif onun fars olmadığını, Əfşar tayfasından çıxmış bir hərbi xadim olduğunu və coğrafiyanı əfqanların, osmanlıların və rusların boyunduruğundan xilas edərək vahid dövlət yaratdığını vurğulayır.
Dürand yazır ki, Nadir şah özü türk kökənli olduğu üçün idarə etdiyi fars saray mühitinə, din xadimlərinə və fars əyanlarına tez-tez şübhə ilə yanaşır, onları "xəyanətkar" və ya "itaətsiz" hesab edirdi. Onun niyyəti Osmanlılarla danışğa gedib sünni-şiə birliyi yaratmaq və şiəlikdən istifadə edən farsları neytrallaşdırmaq idi. Nadir şahın "Cəfəri məzhəbi" təklifi Sultanı da razı salmışdı, razılıq üçün ona bahalı xəncər də hədiyyə göndərdi. Lakin Şahın sui qəsd sayəsində ölümü, bu ideyanı sıradan çıxardı.
Dürand yazır ki, Nadir şah öz türk köklərinə dayanaraq bu məzhəb divarını yıxmaq istəyirdi. Onun məqsədi Osmanlı imperiyası, Hindistandakı Böyük və Mərkəzi Asiya xanlıqları ilə vahid dini-siyasi ittifaq yaratmaq idi. O, özünü bu böyük coğrafiyanın vahid xaqanı kimi görürdü.
Burda bir haşiyə çıxaq: Nadir şah Osmanlıların Səfəvilərdən aldığı torpaqları imperiyaya qatmaq istəyirdi.1746-cı ildə Nadir Şahın Osmanlı sultanı I Mahmuda yazdığı məktubda da yazırdı:
"İraq və Azərbaycan torpaqları qədim zamanlardan türkman hökmdarlarına məxsus olub və bu, doğrudan da, sizin yaxşı dostunuzun mirasıdır. Şah İsmayılın dövründə bu torpaqların yarısı əbədi dövlətinizin ixtiyarına keçdi”.
Dürand açıq şəkildə bildirir ki, Nadir şahın ana dili Türk dili olmuşdur. Biz bu barədə onun danışdığı dili sənədlər ilə sübut etmişik:
Nadir şahın ordusunun özəyini təşkil edən əfşarlar, qacarlar, şahsevənlər və digər türk tayfaları olduğu üçün bütün hərbi düşərgədə, döyüş taktikalarının müzakirəsində və şahın şəxsi mühafizəsində hər hakim dil türkcə idi.
Nadir şah idarə etdiyi fars əhalisini "döyüşə yaramayan, hiyləgər və itaətsiz" hesab edirdi. Dürandın kitabında "bu fars köpəkləri" ifadəsi Nadir şahın fars mühitinə olan inamsızlığını göstərir. Dürand göstərir ki, Nadir şahın qanında Şərqin fateh tayfalarının döyüşçü ruhu axırdı. O, heç vaxt özünü fars mədəniyyətinə aid etməmiş, həmişə Əfşar elatının nümayəndəsi kimi qalmışdır.
Kitabda və müəllifin tarixi qeydlərində göstərilir ki, Nadir şah fars dilini bilsə də, sarayda, orduda və xüsusən də ən yaxın əsgər və sərkərdələri ilə öz ana dilində — türkcə danışmağa üstünlük verirdi. Kitabda Nadir şahın mənşəyi Böyük Səlcuqlular, Çingiz xan və Teymurun imperiya ənənələri ilə müqayisə edilir.
Zaur Əliyev, professor

Sizin reklam burada
Sizin reklam burada