Murat Çalık həbsdən çıxacaq

Murat Çalık həbsdən çıxacaq
09 İyl 2025 14:42

Lenfoma şübhəsi ilə əməliyyat olunan və hazırda həbsdə saxlanılan Beylikdüzü Bələdiyyə Başçısı Mehmet Murat Çalık haqqında tamamlanmış Sağlamlıq Komissiyası Raporunda onun lösemi (qan xərçəngi) xəstəliyinin yenidən baş qaldırması baxımından yüksək risk daşıdığı qeyd olunub. Həmin sənəddə bildirilir ki, "Cəzasının ev şəraitində çəkilməsinin mümkün olub-olmaması barədə qərarın Adli Tibb Qurumu tərəfindən verilməsi məqsədəuyğundur."

"Adli Tibb təsdiq etdikdən sonra həbsdə qalması mümkün deyil"

AKP-nin Qrup Toplantısından öncə jurnalistlərin suallarını cavablandıran Ədliyyə naziri Yılmaz Tunç bu məsələ ilə bağlı deyib:
"Tutulan və ya məhkum edilmiş şəxslərin sağlamlıq vəziyyəti önəmlidir. Xəstəxana və Adli Tibb hesabatları əsasında bəzi şəxslərin azadlığa buraxılması mümkün olur. Burada əsas məsələ sağlamlıqla bağlı verilən rəyin mövcudluğudur. O rəy verildikdən və Adli Tibb bunu təsdiqlədikdən sonra həmin şəxsin həbsdə qalması mümkün deyil."


Sizin reklam burada
Sizin reklam burada