Paşinyan müxalifəti ittiham etdi

Paşinyan müxalifəti ittiham etdi
17:26

Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifəti ölkəni və xalqı dağıdıcı avantüraya sürükləməyə çalışdığını bildirib.

News365.az xəbər verir ki, bu barədə Paşinyan bu gün parlamentdə çıxış edərkən bildirib.

"Bu gün qüvvələr (müxalif - red.) üzərində Qarabağ və ətraf rayonların təsvir edildiyi xəritələr, həmçinin bunu simvolizə edən bayraqlar təqdim edirlər. Bu məntiqin inkişafı qaçılmaz müharibədir", - o deyib.

Onun fikrincə, müxalifət öz hərəkətləri ilə Ermənistanı və xalqı dağıdıcı avantüraya sürükləməyə çalışır: "Məhz buna görə də insanlar sülhün (Azərbaycanla - red.) müdafiəsinə qalxmalıdırlar, çünki bu onların sülhüdür və ona qəsd etmək fəlakətə bərabərdir".

Paşinyan daha əvvəl bəyan etmişdi ki, erməni müxalifəti parlament seçkilərinə qələbə qazanacağı təqdirdə qaçılmaz olaraq Azərbaycanla müharibəyə gətirib çıxaracaq şüarlarla gedir.


Sizin reklam burada
Sizin reklam burada