İran urandan imtina etmir

İran urandan imtina etmir
17:46

İran ABŞ ilə atəşkəsin uzadılması ilə bağlı yayılan iddiaları rədd edib.

News365.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqayi açıqlama verib. O, mediada yer alan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

Baqayi ABŞ ilə görüşlərin növbəti raundu barədə məsələdən də danışıb:

"ABŞ ilə növbəti danışıqlar raundunun keçirilməsi üçün hələ konkret tarix müəyyən olunmayıb. Vaşinqton tərəfi indiyədək dəfələrlə sülh prosesinə mane olub və real irəliləyiş üçün ilk növbədə düşmənçiliyə son qoymaq niyyətini açıq şəkildə nümayiş etdirməlidir. İslamabad şəhərində keçirilən ilk danışıqlar raundu zamanı ABŞ-ın irəli sürdüyü mövqelər Tehran tərəfindən əsassız və reallıqdan uzaq kimi qiymətləndirilib. Onu da qeyd edim ki, İran və ABŞ arasında dialoq hazırda yalnız Pakistan vasitəçiliyi ilə davam etdirilir".

Sözçü xüsusilə vurğulayıb ki, Tehran zənginləşdirilmiş uranın Rusiya ötürülməsi məsələsini müzakirə etmək niyyətində deyil.


Sizin reklam burada
Sizin reklam burada