Benzin ucuzlaşacaq - Bessent

Benzin ucuzlaşacaq - Bessent
15 Apr 2026 23:40

Benzin qiymətləri ABŞ-da bu yaya qədər bir qallona (3,785 litr) görə 3 dollara yaxın olacaq.

News365.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə katibi Skott Bessent jurnalistlərə açıqlamasında deyib.

"Mən nikbinəm ki, 20 iyun və 20 sentyabr tarixləri arasında yenidən 3 dollarlıq benzin əldə edə bilərik", - o bildirib.

Qeyd edək ki, ABŞ-da benzinin qiyməti əvvəllər təxminən bir qallona görə 3,17 dollar idisə, indi orta hesabla 4,11 dollar təşkil edir.


Sizin reklam burada
Sizin reklam burada