Dünya orduları: ən güclü hava qüvvələri reytinqi açıqlandı

Dünya orduları: ən güclü hava qüvvələri reytinqi açıqlandı
16:10

2026-cı ilin yanvar ayına olan məlumata görə, dünyanın ən böyük hava qüvvələrinə malik ölkələrin siyahısı açıqlanıb. Siyahı Global Firepower məlumatları əsasında hazırlanıb və burada həm ümumi hərbi təyyarələrin sayı, həm də qırıcı sayı ayrıca göstərilib.

News365.az xəbər verir ki, siyahıya açıq fərqlə ABŞ liderlik edir. ABŞ-ın ümumi hərbi təyyarələrinin sayı 13 032-dir ki, bunun 1 791-i qırıcı və interseptorlardır. İkinci yerdə Rusiya qərarlaşıb. Bu ölkənin ümumi təyyarə parkı 4 237-dir, onlardan 861-i qırıcı və interseptor kateqoriyasına daxildir. Üçüncü pillədə isə Çin yer alır. Çinin ümumi hərbi təyyarələrinin sayı 3 529, qırıcı sayı isə 1 443-dür.

Sonrakı yerlərdə Hindistan və Cənubi Koreya qərarlaşıb. Hindistanın 2 183 ümumi təyyarəsi var, bunlardan 476-sı qırıcıdır. Cənubi Koreyada isə 1 540 ümumi təyyarədən 242-si qırıcı. Yaponiya 1 429 ümumi təyyarə və 217 qırıcı ilə siyahıda yer alıb. Pakistanın isə 1 397 ümumi təyyarəsi var və bunların 331-i qırıcıdır.

Türkiyə 1 101 ümumi təyyarə ilə siyahıda yer alır. Bu təyyarələrin 201-i qırıcı/interseptor kateqoriyasına daxildir. Misirin isə 1 088 ümumi təyyarəsi var, onlardan 242-si qırıcıdır. Fransanın hava qüvvələrində 974 ümumi təyyarə və 223 qırıcı mövcuddur. Səudiyyə Ərəbistanı isə 917 ümumi təyyarə və 283 qırıcı ilə siyahıda yer alıb. Şimali Koreyada 837 ümumi təyyarə, 341 qırıcı/interseptor qeyd olunur. Tayvanın 720 ümumi təyyarəsi və 258 qırıcısı var.

İtaliya 714 ümumi təyyarə və 88 qırıcı ilə siyahıya düşüb. Böyük Britaniyada isə 625 ümumi təyyarədən 103-ü qırıcıdır. Əlcəzairin 620 ümumi təyyarəsi var və bunların 111-i qırıcıdır. İsrail 597 ümumi təyyarə və 239 qırıcı ilə diqqət çəkir. Birləşmiş Ərəb Əmirlikləri 581 ümumi təyyarə və 99 qırıcıya malikdir. Almaniyada 569 ümumi təyyarə, 127 qırıcı mövcuddur.

Siyahının sonlarında isə Yunanıstan yer alır. Bu ölkənin 560 ümumi təyyarəsi var və onlardan 178-i qırıcı kateqoriyasına daxildir.


Sizin reklam burada
Sizin reklam burada