Müğənni Ofelya Şabanovanın qardaşı ağır vəziyyətdə – təcili qan axtarılır
Cəmiyyət
11:06
Müğənni Ofelya Şabanovanın ailəsində ağır durum yaşanır.
News365.az-ın məlumatına görə, sənətçinin qardaşı Nurməhəmməd Şabanov səhhətindəki ciddi problemlər səbəbilə xəstəxanaya yerləşdirilib. Bildirilir ki, o, uzun müddətdir qaraciyər sirrozundan əziyyət çəkir və vəziyyəti ağır qiymətləndirilir.
Yaxınlarının sözlərinə görə, xəstəlik artıq xeyli müddətdir davam edir və son günlər onun durumu daha da ağırlaşıb.
Qeyd olunur ki, Vətən müharibəsi iştirakçısı olan N. Şabanov üçün təcili olaraq 1-ci qrup qan tələb olunur. Müğənni sosial şəbəkədə paylaşım edərək bildirib ki, əsas ehtiyac maddi dəstək deyil, məhz qan yardımıdır.