Müəllimlərin geyimi uzun illərdir cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olur. Bəziləri hesab edir ki, şagirdlərdə olduğu kimi, pedaqoqlar üçün də vahid geyim formasının müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı.
Mövzu ilə bağlı News365.az-ın sorğusuna cavab verən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bildirib ki, hazırkı qanunvericilikdə müəllimlərin vahid geyim forması ilə bağlı heç bir müddəa nəzərdə tutulmayıb.
Agentlikdən əlavə edilib ki, “Təhsilverənlərin etik davranış Qaydaları”na əsasən, müəllimlərin geyimi və ümumi görünüşü çalışdıqları təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına uyğun olmalıdır.
Beləliklə, yaxın gələcəkdə müəllimlər üçün vahid forma tətbiqi gözlənilmir.