Mövqelərimiz yenə ATƏŞƏ TUTULDU

Mövqelərimiz yenə ATƏŞƏ TUTULDU
09 Apr 2025 09:15

Aprelin 8-i saat 19:20-dən 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə News365.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.



Sizin reklam burada
Sizin reklam burada