Moskvada meyitləri tapılan azərbaycanlı ər-arvad Ucarda dəfn olunub

Moskvada meyitləri tapılan azərbaycanlı ər-arvad Ucarda dəfn olunub
14:37

Moskvada yaşadıqları binanın qarşısında meyitləri tapılan azərbaycanlı ər-arvad vətənə gətirilərək dəfn olunub.

News365.az APA-ya istinadla xəbər verir ki, cütlüyün nəşi gecə saatlarında Ucar rayonunun Rəstəcə kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, hadisə bir neçə gün öncə Novoya Moskva ərazisində yerləşən "Salaryeva Park" yaşayış kompleksində baş verib.

Bizneslə məşğul olan cütlük bir müddət əvvəl Xantı-Mansi Muxtar Dairəsindən Moskvaya gedib. 1984-cü il təvəllüdlü Vasif Yusif oğlu Nağıyev Ucar rayonunun Rəstəcə kənd sakinidir. Həyat yoldaşı, 1987-ci il təvəllüdlü Aygün Yaqub qızı Hüseynova isə Rusiya vətəndaşıdır.

Əvvəllər rayon ərazisində yerləşən şadlıq evində çalışan V.Nağıyev 10 il əvvəl işləmək məqsədi ilə Rusiyaya gedib.

Moskvada meyitləri tapılan azərbaycanlı ər-arvad Ucarda dəfn olunub


Sizin reklam burada
Sizin reklam burada