Moskvada dayanacaqda qumbara tapıldı

Moskvada dayanacaqda qumbara tapıldı
24 Yan 2025 19:15

Rusiyanın paytaxtı Moskvada yaşayış binasının yanındakı dayanacaqda qumbara tapılıb.


News365.az xəbər verir ki, bu barədə TASS-a operativ xidmətlərdən məlumat daxil olub.


Bildirilib ki, dayanacaqda qumbaraya bənzər əşya tapılıb. Ərazi mühasirəyə alınıb, hadisə yerinə gələn istehkamçılar müəyyən ediblər ki, qumbara təlim xarakterlidir və təhlükə yaratmır.



Sizin reklam burada
Sizin reklam burada