Efiopiya prezidenti Taye Atske-Selassie Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Rusiyaya gəlib.
Bu barədə TASS məlumat yayıb.
Efiopiya səfirliyi qeyd edib ki, Atske-Selassie təkcə rəsmi tədbirlərdə iştirak etməyəcək, həm də Rusiya Prezidenti Vladimir Putinin Kreml Sarayında xarici qonaqlar üçün təşkil etdiyi qala-qəbula da qatılacaq.
Bundan əvvəl Rusiya liderinin köməkçisi Yuri Uşakov Moskvada Qələbənin 80 illiyi ilə bağlı təntənəli tədbirlərə 29 xarici ölkə liderinin qatılacağını bildirmişdi. Bunlara Ermənistan, Belarus, Qazaxıstan, Braziliya, Vyetnam, Çin, Misir, Fələstin, Serbiya, Slovakiya, qondarma qurum olan Cənubi Osetiya rəhbərləri daxildir.
Tural