Mirzoyan Ermənistan-Rusiya münasibətlərindən DANIŞDI

Mirzoyan Ermənistan-Rusiya münasibətlərindən DANIŞDI
21 May 2025 11:46

Ermənistan Rusiya ilə bütün istiqamətlərdə əməkdaşlığı davam etdirmək niyyətindədir.

News365.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı bildirib.

Onun sözlərinə görə, iki ölkənin Xarici İşlər nazirlikləri arasında qarşılıqlı əlaqələr davam edir və humanitar əməkdaşlığın inkişafında müsbət dinamika mövcuddur.

A.Mirzoyan həmçinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində iqtisadi əməkdaşlığın inkişafını qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada