Milyonçuların yeni dəbi: Sərvəti torpağın altında...

Milyonçuların yeni dəbi: Sərvəti torpağın altında...
11:37


Dünyanın müxtəlif bölgələrində artan böhranlar, müharibələr və təbii fəlakətlər insanları “qiyamət günü hazırlığı”na yönəldib. Lakin bu dəfə tədbir görənlər adi vətəndaşlar deyil, milyonerlər və milyarderlərdir.

ABŞ-ın Texas ştatında fəaliyyət göstərən Atlas Survival Shelters şirkəti dünyanın ən böyük yeraltı sığınacaq istehsalçısı kimi diqqət çəkir. Şirkətin sahibi Ron Hubbard bildirir ki, təkcə son bir ildə yüzlərlə sığınacaq sifarişi alıblar.

Qiyməti azı 300 min dollar

Ən çox tələb görən model olan “Fat Boy” tək parça şəklində istehsal olunur və qiyməti azı 300 min dollardır. Bu nəhəng sığınacaqda LED işıqlar, səs sistemi, tam təchizatlı mətbəx, hamam otaqları, hətta ev kinoteatrı da var.

Hubbard deyir:

 “Müştərilərimin əksəriyyəti ultra varlı insanlardır. Hamısı xüsusi diqqət istəyir. Çoxunun şəxsi təyyarəsi var, amma eyni zamanda yerin altında da təhlükəsiz məkan arzulayırlar.”

Mütəxəssislərin fikrincə, qlobal sığınacaq bazarının həcmi 2033-cü ilə qədər 4,5 milyard dollara çatacaq.


Sizin reklam burada
Sizin reklam burada