Milyon dəyəri olan mamont dişini ölkədən çıxarmaq istədi - FOTO

Milyon dəyəri olan mamont dişini ölkədən çıxarmaq istədi - FOTO
26 Dek 2024 12:20

Xarici vətəndaş 40 kq mamont dişlərini Rusiyadan çıxarmaq istəsə də, Şeremetyevo hava limanında gömrükçülər tərəfindən yaxalanıb. Bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, 35 yaşlı əcnəbi qanunsuz olaraq Quançjouya yunlu mamont törəmələri partiyasını ixrac etməyə cəhd edib: "Gömrük işçiləri ondan dəyəri bir milyon rubldan çox olan 3,3 mindən çox çəkisi 40 kq-dan çox fraqment aşkar edərək götürüblər. Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi məlum əşyaların mədəni dəyərə malik olduğu qənaətinə gəlib".

Qanunu pozan müfəttişlərə bildirib ki, guya yükün dəyəri 300 min rublu keçməyib. Əcnəbinin sözlərinə görə, o, gömrük qaydalarını bilmirmiş. O, mamont qalıqlarından suvenirlər hazırlamaq üçün istifadə etməyi planlaşdırırmış.

Hadisə ilə bağlı külli miqdarda mədəni sərvətlərin qaçaqmalçılığı maddəsi ilə cinayət işi açılıb. İndi əcnəbini bir milyon rubl cərimə ilə beş ilə qədər həbs cəzası gözləyir.



Tural


Youtube kanalımız