Millimizin futbolçusu İrana qayıda bilmir

Millimizin futbolçusu İrana qayıda bilmir
16 İyn 2025 21:03

Müharibə tezliklə dayansa, karyeramı İranda davam etdirəcəyəm.


News365.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Azərbaycan milli komandasının iranlı futbolçusu Höccət Haqverdi deyib.


Bu yaxınlarda ”Neftçi”dən ayrılan 32 yaşlı müdafiəçi bildirib ki, İsraillə müharibənin başlaması onun transferini yubadıb:


“Özüm İranda deyiləm. Hələ nə olacağını gözləyirəm. İranda müqavilə imzalamağı planlaşdırırdım, amma indi hər şey dəyişib. Bəlkə də başqa yerdə olacaq”.


Haqverdi müharibədə yaxınlarının heç bir ziyan görmədiyini vurğulayıb:


“İranda çoxlu qohumum var. Şükür Allaha, hamısı təhlükəsiz şəraitdədir. Qardaşım da İrandadır, o da həmçinin təhlükədə deyil. Döyüş zonaları əsasən hərbi hissələrin yaxınlığında olur. Ona görə insanlar əsasən təhlükəsizlik şəraitindədirlər”.


Təcrübəli oyunçu müharibə barədə danışmaq istəmədiyini də əlavə edib.


Qeyd edək ki, Höccət Haqverdi əslən Məşhəd şəhərindəndir.


Sizin reklam burada
Sizin reklam burada