"Taxt-tac oyunları" teleserialının əsaslandığı "Buz və od nəğməsi" kitab silsiləsinin müəllifi Corc R.R. Martin yeni kitab üzərində artıq 15 ildir işlədiyini açıqlayıb.
News365.az xəbər verir ki, bildirilib ki, yazıçı 1996-2011-ci illər arasında silsilədən beş kitab nəşr etdirib.
77 yaşlı Martin son müsahibəsində etiraf edib ki, illər keçdikcə yazmaq onun üçün daha çətinləşib. Buna baxmayaraq, o, "Qış küləkləri" adlı yeni əsəri yaxın zamanda başa çatdıracağına nikbin yanaşdığını bildirib.
Yazıçı həmçinin qeyd edib ki, yeni kitabda əvvəlki əsərdə vəfat etdiyi düşünülən Con Snou haqqında da ayrıca fəsil yer alacaq.