Çin elektromobilləri üçün idxal rüsumunu endirildi

Çin elektromobilləri üçün idxal rüsumunu endirildi
17:37

Kanada Çin istehsalı olan elektrik avtomobilləri üçün idxal rüsumlarını 100 faizdən 6,1 faizə endirib.

News365.az xarici mətbuata istinadən xəbər verir ki, Çinin Kommersiya Nazirliyi Kanadanın Çindən ildə 49 min elektromobilin aşağı tariflə idxalı üçün kvota ayırdığını açıqlayıb. Kvotanın növbəti 5 ildə 70 minə çatdırılması planlaşdırılır.

Bildirilir ki, Çin və Kanada son zamanlar qarşılıqlı maraq doğuran iqtisadi və ticarət məsələləri üzrə müxtəlif səviyyələrdə bir neçə dəfə intensiv məsləhətləşmələr aparıblar. Nəticədə elektromobillər, polad və alüminium məhsulları, raps toxumu, kənd təsərrüfatı və su məhsulları kimi sahələrdə ilkin razılaşmalara nail olublar.


Sizin reklam burada
Sizin reklam burada