Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.
Günün ilk matçında Nigeriya millisi Əlcəzairi 2:0 hesabı ilə məğlub edərək adını növbəti mərhələyə yazdırıb.
Günün son matçında isə Misir yığması Fildişi Sahili ilə münasibətlərinə aydınlıq gətirib. Burada Misir 3:2 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, Nigeriya yarımfinalda Mərakeşlə, Misir isə Seneqal yıması ilə üz-üzə gələcək.