Milli Məclis icbari tibbi sığorta ilə bağlı qanuna dəyişikliyi təsdiqlədi

Milli Məclis icbari tibbi sığorta ilə bağlı qanuna dəyişikliyi təsdiqlədi
12:06

Milli Məclis "İcbari tibbi sığorta" haqqında qanuna dəyişikliyi təsdiqləyib.

News365.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

Qərara əsasən, icbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləğinin ödənilməsi 1 il uzadılır.

Qanuna görə, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir.

Dəyişikliyə görə, sözügedən maddə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Xatırladaq ki, müştərək maliyyələşmə məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.


Sizin reklam burada
Sizin reklam burada