"ABŞ da dəbdən düşdü”- İqtisadçı

"ABŞ da dəbdən düşdü”- İqtisadçı
09:08

“Xaricdə də, bizdə də özünü politoloq adlandıranların əksəriyyəti dünyanın dəyişdiyini hələ də anlamırlar. Buna görə də İranın ABŞ-İsrail cütlüyünə ən azı məğlub olmadığını normal izah edə bilmirlər. Bir-iki kitab oxuyublar, onlarda da yazılıb ki, ABŞ və İsrail hamıdan güclüdür, beyinlərinə yeridilmiş sxemlərdən kənara çıxa bilmirlər. Verdikləri proqnozların alt-üst olmasını etiraf etməmək naminə indi də cəfəng şərhlər verirlər”.

Bunu News365.az-a müsahibəsində iqtisadçı Əkrəm Həsənov deyib.

O, o əlavə edib ki, növbə iqtisadçılarındır:

“Onlar üçün də ABŞ dünyanın iqtidasi hegemonudur, çünki “başqa cür ola da bilməz”, halbuki, bu artıq çoxdan belə deyil. Yaxında dollar da liderliyi tam əldən verəndə iqtidaçılar bax beləcə axmaq şərhlər verəcəklər və bizə sübut etməyə çalışacaqlar ki, “yox-ee, baxarsız, ABŞ hələ sözünü deyəcək”, nə bilim nə... Adamı yandıran isə odur ki, 30 ildən çoxdur ki, ABŞ-la dost olmağa çalışırdıq. Biz dost olan kimi ABŞ da dəbdən düşdü”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada