Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası başlayıb.
News365.az xəbər verir ki, iclasda “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə edilir.
Sənəd parlamentə ötən həftə daxil olub. Azərbaycanın 2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 37 milyard 161,8 milyon manat (2023-ci illə müqayisədə artım 5,5 %), gəlirlər üzrə plan 2,1 % çox icra olunub. 2023-cü ildə dövlət büdcəsinin xərcləri 37 milyard 713,6 milyon manat (artım 3,4 %) təşkil edib, proqnoz 94,9 % icra olunub.
2024-cü il dövlət büdcəsinin kəsiri 551,8 milyon manat və yaxud ÜDM-in 0,4 %-ni təşkil edib.