"Heç kimin haqqına girməyin. Nizami Rəmzi meyxananı xanımlara sevdirib.
News365.az xəbər verir ki, bunu meyxanaçı Namiq Məna deyib.
İfaçı həmkarı Namiq Qaraçuxurlunun meyxananı xanımlara sevdirməsi barədə deyilənlərə etiraz edib:
"Heç kimin haqqına girməyin. Nizami Rəmzi meyxananı xanımlara sevdirib. Adaşım 1996-cı ildə sənətə gəldi. Zəhməti var, danılmazdır. Deyirlər, musiqili meyxananı kim gətirib?
Bunu Nizami Rəmzi və Ağasəlim Çıldaq edib. Meyxana ilə Amerikaya gedib çıxmışam, "Tərəqqi" medallıyam".