Meyxanaçı Samirə qızının saxlanılması barədə: "Orasını-burasını yemək" pis ifadədir?

Meyxanaçı Samirə qızının saxlanılması barədə: "Orasını-burasını yemək" pis ifadədir?
14:26

Meyxanaçı Samirə qızı Fərəh Samirəqızının saxlanılması ilə bağlı yazılan xəbərlərə münasibət bildirib.

Nws365.az xəbər verir ki, o, Oxu.Az-a açıqlamasında bildirib ki, qızı, müğənni Fərəh Samirəqızı saxlanılmayıb.

Meyxanaçı sözlərinə belə davam edib:

"Qızımın nitqində söyüş və təhqir olmamasına baxmayaraq, ictimai qınağa səbəb olduğu üçün 500 manat məbləğində cərimə edilib. Qızıma şərti həbs cəzası filan verilməyib. Qızımın danışığında təhqiramiz heç nə yoxdur. "Orasını-burasını yemək" pis ifadədir? Mən gözünü də yeyə bilərəm, qaşını da, burnunu da. Bu, təhqiramiz ifadə deyil. Təhqiramiz hərəkət spirtli içki içib efirə çıxmaq və onu yayımlamaqdır. Yaxud da insanlara nəyisə təbliğ etməkdir".

Xatırladaq ki, Fərəh Samirəqızının sosial şəbəkələrdə təhqiramiz ifadələr işlətdiyi üçün polis tərəfindən saxlanılıb. F.Samirəqızının sosial şəbəkədə həmkarı Kəmalə Günəşlinin müdafiə xarakterli çıxışı birmənalı qarşılanmayıb.


Sizin reklam burada
Sizin reklam burada