Məşhur rus aparıcı "Sultan Süleyman"ın ədəbinə heyran oldu - FOTO

Məşhur rus aparıcı "Sultan Süleyman"ın ədəbinə heyran oldu - FOTO
10:25

Məşhur teleaparıcı Kseniya Borodina İnstaqramda maraqlı paylaşım edib. O, İstanbulda “Möhtəşəm yüz yıl”ın ulduz aktyoru Halit Ergençlə görüşməsini əks etdirən foto paylaşıb. 


Borodina və Ergenç yeni türk serialının çəkiliş meydançasında tanış olublar. Teleaparıcı görüşdən kadrları nümayiş etdirib. O, türkiyəli aktyoru çox xoş bir insan adlandırıb.

"O, məni gözlətdiyi üçün dəfələrlə üzr istədi və dedi ki, səhnə geyimində olduğu üçün paltarını dəyişməli idi",- deyə teleaparıcı yazıb.

Borodina İstanbula gəlinlik paltarı üçün gəldiyini deyib.

Qeyd edək ki, sənətçi Ruisyada daha çox “Möhtəşəm yüz yıl” serialındakı Sultan Süleyman obrazı ilə məşhurlaşıb.

Tural




Sizin reklam burada
Sizin reklam burada