“Ən müasir silahlar da peşəkar ordu olmadıqda nəticə vermir”- Politoloqdan şərh

“Ən müasir silahlar da peşəkar ordu olmadıqda nəticə vermir”- Politoloqdan şərh
15:15

" Son 30 illik işğal dövründə Ermənistan təkcə Rusiyadan silah almırdı, eyni zamanda Rusiya ona silahları hədiyyə də edirdi. Hətta 2000-ci illərin əvvəllərindən etibarən milyardlarla dollar dəyərində silahlar Ermənistana pulsuz təqdim olunurdu."

Politoloq Əhməd Şahidov bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Bu silahlar, əsasən, Rusiya anbarlarında uzun müddət qalmış, istifadə müddəti bitmiş və ya bitməyə az qalmış ikinci-üçüncü dərəcəli silahlar idi. Amma ən müasir və peşəkar silahlar belə Ermənistana üstünlük qazandıra bilməzdi. Çünki Ermənistan bu silahlardan istifadə edə biləcək hazırlıqlı və peşəkar orduya sahib deyildi. Bu da müharibənin nəticəsinin Azərbaycanın xeyrinə dəyişməsinə səbəb oldu.

Hazırda Ermənistan Rusiyadan uzaqlaşmağa ciddi cəhdlər göstərir. Bu, asan olmasa da, Ermənistan hökuməti müəyyən balansı qorumağa çalışır. Eyni zamanda, ölkədə hələ də mövcud olan revanşist qüvvələr Rusiya tərəfindən dəstəklənir. Nikol Paşinyan hakimiyyəti bu qüvvələri neytrallaşdırmağa və sakitləşdirməyə çalışaraq, paralel şəkildə Ermənistanı Qərbə – Avropaya yaxınlaşdırmağa cəhd edir.

Bu kontekstdə Ermənistan artıq Fransadan bir neçə dəfə silah alıb. Pakistan-Hindistan münaqişəsi fonunda isə tərəflər öz siyasi mövqelərini müəyyənləşdiriblər. Ermənistan da bu çərçivədə öz geosiyasi istiqamətini dəyiştirir.


Sizin reklam burada
Sizin reklam burada