Tramp İstanbula GƏLƏSİ OLMADI - DETALLAR

Tramp İstanbula GƏLƏSİ OLMADI - DETALLAR
14:05

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında danışıqlar üçün bu gün Türkiyəyə getməyəcək. 

News365.az xəbər verir ki, bu barədə Amerika rəsmiləri arasında olan mənbəsinə istinadən "Reuters" agentliyi məlumat yayıb. 

Bildirilir ki, administrasiya nümayəndəsi bu məlumatı Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibini təsdiqlədikdən sonra açıqlayıb. 

Qeyd edək ki, Tramp bundan əvvəl Ukrayna nizamlanması üzrə danışıqlarda iştirak etmək üçün mayın 15-də təsdiqlənmiş qrafikdən kənar İstanbula səfərini istisna etməmişdi.  Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski mayın 15-də Putini Türkiyədə gözləyəcəyini açıqlamış, həmçinin Trampın mümkün iştirakının danışıqların effektivliyi baxımından ciddi təkan olacağına ümid etdiyini bildirmişdi.  Lakin Putin İstanbula getməməyə qərar verdi.


Sizin reklam burada
Sizin reklam burada