Məşhur kosmodroma gizli girmək istəyən çexiyalılar saxlanıldı

Məşhur kosmodroma gizli girmək istəyən çexiyalılar saxlanıldı
15 May 2025 10:55

Qazaxıstanın məşhur "Baykonur" kosmodromunda iki Çexiya vətəndaşı saxlanılıb. Onlar "Energia" raketinə yaxınlaşmağa cəhd edərkən tutulublar. SHOT Telegram kanalının yaydığı məlumata görə, əcnəbilər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.


“26 yaşlı Ondrey və 25 yaşlı Yakub adlı çexiyalılar sadəcə “Energia” daşıyıcı raketini yaxından görmək istədiklərini bildiriblər. Onlar kameralarla kosmodroma qədər gəlib çatıblar, lakin gizli şəkildə içəri girə bilməyiblər”, - məlumatda deyilir.


Turistlərə qarşı “Mühafizə olunan obyektə giriş-çıxış rejiminin pozulması” maddəsi ilə inzibati protokol tərtib edilib və onlar beş min  məbləğində cərimələniblər.

Maraqlıdır ki, bu il aprel ayının əvvəlində dörd Fransa vətəndaşı da analoji qanun pozuntusuna yol vermişdi. Həmin vaxt saxlanılanların  deməsinə görə, onlar “Energia” reaktiv daşıyıcısının şəklini çəkəcəkdilər.

Tural


Sizin reklam burada
Sizin reklam burada