Məşhur general ordudan uzaqlaşdırıldı

Məşhur general ordudan uzaqlaşdırıldı
09:30

Ukrayna Silahlı Qüvvələrinin (VSU) Ali Baş Komandanı Aleksandr Sırski Kursk vilayətində ukraynalı hərbçilərin cinayətlərində iştirak edən general-mayor Dmitri Krasilnikovun (Rusiya Federasiyasının ekstremistlər və terrorçular siyahısına daxil edilib-red.) vəzifəsindən azad edilməsi barədə göstəriş verib. 

Bu barədə Rusiya mediası məlumat yayıb. Saytlar Ali Radanın deputatı Maryana Bezuqlaya istinad ediblər.

"Sırski general Krasilnikovu işdən çıxardı. Sadəcə olaraq onu çölə atırlar.  O, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının "Şimal" əməliyyat komandanlığının şəxsi heyəti ilə bağlı duruma baxmayaraq kritik bir anda işdən çıxarılır",-deputat gileylənib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada