Meşədə gəzən zaman aviabombalar tapdı

Meşədə gəzən zaman aviabombalar tapdı
12 İyn 2025 12:35

Buryatiyada meşədə tapılan aviabombalar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Qeyd edilib ki, onu tapan şəxs az qala həyatından olacaqmış.  Bu barədə “Ves Ulan-Ude” nəşri məlumat yayıb.


Hadisə Kyaxtada meşədə baş verib. 

"Kişi az qala sursatın üstündən texnika ilə keçib gedəcəkmiş. Qeyri-adi tapıntını görən hadisə şahidləri hərbçilərə müraciət ediblər. Hadisə yerinə gələn hərbçilər güclü aviabombaları zərərsizləşdirməyə aparıblar. Ərazi yoxlanılıb. Hərbçilər  ərazidən daha çox şey tapıla biləcəyi barədə xəbərdarlıq ediblər. Buna görə də yerli əhalini ehtiyatlı olmağa çağırıblar", - nəşr yazıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada