Meşə yanğını ilə əlaqədar evakuasiya ƏMRİ VERİLDİ

Meşə yanğını ilə əlaqədar evakuasiya ƏMRİ VERİLDİ
14:53

Cənubi Koreyada meşə yanğını ilə əlaqədar insanlar təxliyə edilib.

News365.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, Daequ şəhərində baş verən meşə yanğını ilə əlaqədar 1200-dən çox sakinə təxliyə əmri verilib.

Koreya Meşə Xidmətinin bəyanatında qeyd olunub ki, yanğın yerli vaxtla saat 14:00 radələrində başlayıb və küləklər səbəbindən iki saatdan az müddətdə təxminən 50 hektar ərazini əhatə edib.

Açıqlamada yanğın bölgəsinə 26 helikopter və 202 yanğınsöndürmə heyətinin göndərildiyi vurğulanaraq, itkilərin olmadığı bildirilib.



Sizin reklam burada
Sizin reklam burada