Mərkəzi Bankdan açıqlama - Uçot dərəcəsində yeni qərar qəbul edildi

Mərkəzi Bankdan açıqlama - Uçot dərəcəsində yeni qərar qəbul edildi
10:16

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib. 

News365.az bu barədə AMB-yə istinadən xəbər verir. 

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6 %, yuxarı həddi isə 8 % səviyyəsində saxlanılıb.   

"Qərarın qəbulu zamanı faktiki və gözlənilən inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, qlobal iqtisadiyyat və maliyyə bazarlarındakı mövcud şərait, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb", - deyə AMB bəyan edib.   

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat dekabrın 10-da ictimaiyyətə açıqlanacaq.


Sizin reklam burada
Sizin reklam burada