Argentina millisinin sabiq qapıçısı vəfat etdi

Argentina millisinin sabiq qapıçısı vəfat etdi
17:14

Argentina futbolunun canlı əfsanələrindən biri olan keçmiş qapıçı Uqo Qatti 80 yaşında vəfat edib.

News365.az-ın məlumatına görə, bu barədə "The Sun" nəşri məlumat yayıb. 

Tanınmış futbol veteranı keçirdiyi əməliyyatdan sonra pnevmoniyaya yoluxaraq reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, təxminən bir ay xəstəxanada müalicə alıb.

Məlumata görə, Uqo Qatti itini gəzdirərkən yıxılıb və bu zaman aldığı xəsarət nəticəsində əməliyyat olunub. Lakin əməliyyatdan sonra səhhətində ağırlaşma baş verib.

Uqo Qatti uzun illər Argentina futboluna xidmət etmiş, xüsusilə Boca Juniors komandasında qazandığı uğurlarla yadda qalmışdı.


Sizin reklam burada
Sizin reklam burada