Sərxoş sürücü SAXLANILDI - Avtoxuliqanlıq edirmiş...

Sərxoş sürücü SAXLANILDI - Avtoxuliqanlıq edirmiş...
16:25

Bakıda sərxoş halda avtoxuliqanlıq edən taksi sürücüsü həbs olunub. Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan "Chevrolet" markalı, 90-YL-782 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kamran Ağaliyev saxlanılıb.

News365.az xəbər verir ki, sənədləri yoxlanılan zaman sürücünün nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi də müəyyən olunub. Sürücü barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Kamran Ağaliyevin sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, 15 gün inzibati qaydada həbs edilib.


Sizin reklam burada
Sizin reklam burada